Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub - VİDEO - FOTO

FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub - VİDEO - FOTO

Tarix: 18 Fevral 2023 13:06

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.


Etiketlər:  Kahramanmaraşda daha ünvanda növbəti çadır şəhərcikləri qurub VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ