Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 21:22
"Barselona" rüşvət işi ilə əlaqədar Çempionlar Liqasında iştirakdan kənarlaşdırılmaq istəyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniya prokurorluğu klubla hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra arasında münasibətlərdə rüşvət komponenti ilə bağlı araşdırmaya başlayıb. Kataloniya rəhbərliyinin ona məsləhət xidmətləri üçün 2016-2018-ci illərdə 1,4 milyon avro köçürdüyü iddia edilir.
"Barselona" ilə Neqreyra arasında münasibətlərdə saxtakarlıq faktı sübuta yetirilərsə, Beynəlxalq Futbol Federasiyası klubu divizionda aşağı sala və titullardan məhrum edə bilər.
Bundan əlavə, Avropa Futbol Assosiasiyaları İttifaqı klubun Çempionlar Liqasında iştirakını bir mövsümlük dayandıra bilər.