Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Tarix: 16 Oktyabr 2019 09:00

Bakı. Trend:

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,854,800.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 13 oktyabr 2020-ci ildir.

Hərrac iştirakçıları 16 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ