Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

Tarix: 19 Fevral 2023 21:50

Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfəri ərəfəsində genişmiqyaslı nüvə təlimlərinə başlayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya özünün "Monolit" mərkəzlədirilmiş döyüş idarəetmə sisteminin nümunəvi sınağını təşkil edib:

"Xüsusilə, Strateji Nüvə Qüvvələrinin sistemi ən yüksək döyüş hazırlığına keçirilib. Rusiya Silahlı Qüvvələri də dəniz və quru ballistik raketlərinin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılması üçün strateji nüvə qüvvələrinin komponentlərini hazırlamağa başlayıb.

Strateji raket sualtı qayığının ekipajı döyüş hazırlığı və buraxılış zonasına mümkün çıxış barədə məlumatlandırılıb. Həmçinin Tambov aviabazasında uzaqmənzilli aviasiya komandanlığının köməkçi komanda məntəqəsi yerləşdirilib".

Qeyd olunur ki, Rusiya Ukraynanın tərəfdaşlarına təzyiq etmək üçün belə nüvə şantajı həyata keçirir.


Etiketlər:  Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi


RƏYLƏR