Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemlərin Alp dağlarında dəbdəbəli xizək macərası - FOTO

Bekhemlərin Alp dağlarında dəbdəbəli xizək macərası - FOTO

Tarix: 20 Fevral 2023 19:22

Qışın son ayında Viktoriya və Devid Bekhem gənc uşaqları - 17 yaşlı Kruz və 11 yaşlı Harper ilə birlikdə Alp dağlarında xizək kurortuna yollanıblar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, məşhur cütlük səfərdən görüntülərini sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.

Paylaşılan fotoların birində Kruz kifayət qədər riskli snoubord elementini icra edib.  
Viktoriya öz markasını, bunun fonunda həyat yoldaşının gözlərini bəzəyən İtalyan moda evi Prada markasına məxsus eynəyini reklam etməkdən vaz keçməyib.

"Viktoriya Bekhem və "Prada" dağ yamaclarında görüşərkən" , - deyə Viktoriya paylaşımına şərh yazıb.

Diqqət çəkən məqam isə cütlüyün böyük evli oğlu Bruklinin onlarla birlikdə olmaması olub. Belə ki, o, hazırda həyat yoldaşı Nikola Peltz ilə Los-Ancelesdədir.

Milli.Az


Etiketlər:  Bekhemlərin dağlarında dəbdəbəli xizək macərası FOTO


RƏYLƏR