Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 22:46
"Türkiyə hakimiyyətdə kimin və hansı siyasi qüvvəyə mənsubiyyətindən asılı olmayaraq eyni xarici siyasəti davamlı şəkildə həyata keçirir. Ankaranın Ermənistanla bağlı siyasəti dəyişməz qalır, Ermənistan isə ardıcıl olaraq dövlət ləyaqətini itirir".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri erməni türkoloq Ruben Melkonyan Qarabağda separatçı hərəkatın 35 illiyinə həsr olunmuş konfransda deyib.
Melkonyan sözlərinə görə, Türkiyə xüsusilə "Şuşa Bəyannaməsi"nin imzalanmasından sonra artıq Qarabağ müharibəsinin tam iştirakçısı və Azərbaycanın müttəfiqidir. Lakin 1990-cı illərdən fərqli olaraq, indi daha sərbəst hərəkət edir.
Erməni ekspert Türkiyənin dəyişdiyini, regional supergüc olmağa çalışdığını vurğulayıb.
"Ermənistan Türkiyə ilə ünsiyyət formatını dəyişməli, sentimentallığa getməməli, bu ölkənin açıq-aşkar təhlükəsini dərk etməlidir, - deyə Ruben Melkonyan qeyd edib.
Onun sözlərinə görə, məğlub olan lider ölkəni idarə edə bilməz, çünki o, bütün istəyinə rəğmən Ermənistanın maraqlarını müdafiə etmək qabliyyətində olmayacaq. "Münhendə də məhz bu göründü", - deyə Melkonyan söyləyib.