Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki intersistal nefrit

Xroniki intersistal nefrit

Tarix: 21 Fevral 2023 07:54

Xroniki intersistal nefrit qeyri -infeksion xəstəlik olub prosesin ara toxumada lokalizasiyası və böyrək kanalcıqlarının zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik geniş yayılmışdır, əksər hallarda xroniki böyrək çatmazlığı ilə nəticələnir .
ETİOLOGİYASI:  Xroniki intersistal nefrit polietioloji xəstəlikdir. Bu xəstəliyin səbəbi medikamentoz məişət və istehsalat intoksikasiyaları, radiolaji şüalanma, maddələr mübadiləsinin pozğunluqları, bədənin immun dəyişiklikləri və s. olur. Xəstəliyin baş vermə səbəblərindən biri də uzunmüddətli bəzi dərman maddələrinin qəbuludur.
PATOGENEZİ:  Xroniki intersistal nefriti yaradan səbəbdən asılı olaraq onun patogenezinin xüsusiyyətləri olur. Belə ki ,bəzi dərman maddələri kanalcıq epitelisini birbaşa zədələyərək distrofiyasına səbəb olur.
Analgetik nefropatiyasının baş verməsində prostaqrandinlərin sintezinin azalması nəticəsində böyrək işemiyasının yaranmasının böyük əhəmiyyəti vardır. Analgetiklər böyrək məməciyinin nekrozuna səbəb ola bilir. İltihabi proses bu zonadan başlayır, sonra qabıq maddəyə yayılır, papillyar nekrozla yanaşı,papillyar skleroz da inkişaf edir. Xponiki intersistal nefritin baş verməsində bədən reaktivliyinin də əhəmiyyəti vardır.
PATOLOJİ ANATOMİYASI: Xəstəliyin davametmə müddətindən və inkişafından asılı olaraq böyrəyin ölçüləri kiçilir, kənarının hamalılığı itir. Fibroz kapsula böyrəklə bitişdiyi üçün çətinliklə ayrılır, məməciklər avazıyır və atrofiyalaşır, nekroz əlamətləri meydana gəlir.
KLİNİKASI:  Xroniki intersistal nefrit kliniki olaraq uzun müddət simptomsuz davam edir, minimal əlamətlərlə özünü göstərir deyə xəstəliyi başlanğıcda təyin etmək olmur. Xəstəliyə erkən diaqnoz qoymaq çətindir. Subyektiv olaraq xəstələrdə ümumi zəiflik , halsızlıq, tez yorulma, iş qabiliyyətinin, iştahanın aşağı düşməsi müşahidə olunur. Yalnız xəstəlik inkişaf etdikdə böyrək xəsəliyi haqda fikir yürütmək olur.
Xponiki intersistal nefrit sidik yollarının infeksiyası və piolonefritlə ağırlaşaraq qızdırma, dizuriya, leykosituriya ,intioksiksiya ilə müşayət oluna bilir. 1-2 il ərzində xroniki böyrək çatışmazlığı ilə nəticələnir.
DİAQNOZ :  Xəstənin anamnezində bəzi dərman maddələrinin uzun müddətli qəbulu qeyd olunur. Xəstənin sidiyində proteinouriya, hematuriya, leykosituriya, poliuriya və s.normadan yüksək olur. Uroqrafiya zamanı papillyar nekroz üçün əlamətlər qeyd olunur. Diaqnozu dəqiqləşdirmək üçün punksion biopsiyanan həlledici rolu böyükdür.
MÜALİCƏSİ:  İlk növbədə xəstəliyi yaradan dərman preparatının qəbulu dayandırılır. Simptomatik müalicə aparılır, xəstəyə vitaminlər təyin olunur, xörək duzunun və suyun miqdarı azaldılır. Xroniki intersistal nefritin baş verməməsi üçün dərman preparatlarını uzuz müddətli qəbul edəndə diqqətli olmaq lazımdır. Bu xəstəlikdən sağalma olmadığı üçün xəstəliyə tutulmamaq lazımdır.


Etiketlər:  Xroniki intersistal nefrit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ