Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada müəllimlər və valideynlərin direktora etirazı - Ətraflı VİDEOda

Zaqatalada müəllimlər və valideynlərin direktora etirazı - Ətraflı VİDEOda

Tarix: 21 Fevral 2023 12:16

Bu gün səhər Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin müəllimləri yeni təyin olunan direktora etiraz edərək dərsə girməyiblər. Müəllimlərə valideynlər də qoşulub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, müəllimlərin və valideyinlərin etirazına səbəb  Məhnurə İsmayılovanın məktəbə yeni direktor təyin edilməsidir.

Valideyn komitəsi üzvlərindən birinin dediyinə görə, vəzifəyə yenicə təyin edilməsinə baxmayaraq, Məhnurə İsmayılova kollektivdə yeni qaydalar tətbiq etməyə başlayıb. Bu da müəllim və valideyn komitəsi tərəfindən narazılıqla qarşılanıb. Bu səbəbdən  valideynlər də müəllimlərə dəstək üçün onlara qoşulub. 

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.

Təhsil idarəsinin əməkdaşları həm  valideyn komitə üzvləri, həm də müəllimlər ilə söhbətlər aparıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Zaqatalada müəllimlər valideynlərin direktora etirazı Ətraflı VİDEOda


RƏYLƏR