Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirdi ki, sağalıb, tamaşalar oynayacağam'' - VİDEO

''Deyirdi ki, sağalıb, tamaşalar oynayacağam'' - VİDEO

Tarix: 21 Fevral 2023 18:15

"Ramiz müəllimlə bir neçə ay əvvəl, elə Azdramaya yaxın yerdə görüşmüşdüm. Ona söylədim ki, gəlin sizə getdiyiniz yerə kömək edim. O söylədi ki, ehtiyac yoxdur. Ramiz müəllim avtomobilinə doğru getdi. Orada hiss elədim ki, Ramiz müəllim çox pis xəstədir. Vəziyyəti yaxşı deyil idi".

Sonxeber.net xəbər verir ki, bu sözləri bizim.mdia-ya açıqlmasında Əməkdar artist Elşən Rüstəmov deyib.

Sənətçi mərhum həmkarı ilə bağlı xatirələrindən söz açıb:

"Azdrama-nın kollektivi mütəmadi Ramiz müəlimə zəng vurub, onunla danışırdılar. Səhhəti ilə maraqlanırdılar. Ramiz müəllim çox nikbin bir insan idi. O, xəstəliyini heç zaman bəlli etmirdi. Hər zaman biz ona ürək-dirək verirdik. Səhhətinin yaxşı olacağına inanırdı.

Deyirdi ki, teatra gələcəyəm, tamaşalar oynayacağam. Xəstəliyi ilə bağlı onu sorğu-sual etmirdim, yadına heç nə salmırdım və istəmirdim ki, əhvalı korlansın. O, hər zaman nikbin idi. Müalicələr alırdı amma elə bir vəziyyətə gəldi ki, artıq mümkün olmadı... Xəstəliyi olduqca ağır idi. Azərbaycan teatrı çox böyük bir aktyoru itirdi.
Ramiz müəllim gənc aktyorlara qarşı çox həssas idi. Bizim hər bir tamaşamıza baxırdı. Mütləq baxandan sonra da müzakirə edirdi. Hətta kiçik uğurumuza belə sevinirdi. Allah rəhmət eləsin!"


Etiketlər:  Deyirdi sağalıb tamaşalar oynayacağam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ