Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat

Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat

Tarix: 22 Fevral 2023 19:40

Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və müğənni Maksim Qalkin Bakı Konqres Mərkəzində böyük solo konsert verib.

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, tamaşaçıları salamlayan sənətçi 20 ildir Azərbaycanın paytaxtında çıxış etdiyini deyib. O, zala toplaşanlarla Azərbaycan dilində söhbət edib.

M.Qalkin qeyd edib ki, onun üçün Azərbaycan dilini öyrənmək müasir rus artistlərini parodiya etməkdən daha asandır.

O vurğulayıb ki, pasport yoxlaması zamanı ondan Bakıya gəlişinin məqsədi soruşulmayıb. Ancaq özü təbəssümlə əsas məqsədin "yemək!" olduğunu bildirib və zarafatla bu dəfə Bakıya Hacı Nuranla şəkil çəkdirmək üçün gəldiyini əlavə edib.

Sənətçi pik saatlarda Bakıda "Toyota Prius"la gəzintisini ekstremal adlandırıb. Parodist azərbaycanlı müğənni Jony (Cahid Hüseynov) haqqında da danışıb və onun heyrətamiz səsə malik olduğunu bildirib.


Etiketlər:  Maksim Qalkindən Bakıda Hacı Nuran Prius haqda zarafat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ