Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda lisey bağlanır - valideynlər narazıdır - VİDEO

Bakıda lisey bağlanır - valideynlər narazıdır - VİDEO

Tarix: 23 Fevral 2023 16:46

Bakının Xətai rayonunda yerləşən 147 nömrəli texniki humanitar liseyin təmirə bağlanacağı ilə bağlı yayılan xəbərlər narazılığa səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, narazı valideynlər bu gün liseyin önündə etiraz aksiyası keçiriblər.

Onlar aidiyyəti qurumların binaya baxış keçirmədən söküntü işlərinə qərar verdiklərini iddia edirlər.

Valideynlər təmir işləri ilə əlaqədar övladlarının köçürülcəyi digər məktəbin uzaq olmasından da narahatdırlar.

Çəkiliş apardığımız zaman əraziyə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri gəldilər.

Valideynlərlə görüşən İdarənin mətbuat katibi Bəşarət Məmmədov bildirdi ki, şagirdlərin köçürülməsi zamanı valideynlərin rəyi nəzərə alınacaq.

Məktəbdə təmir işlərinə nə vaxt başlanacağı isə hələ dəqiqləşməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda lisey bağlanır valideynlər narazıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ