Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi

Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi

Tarix: 23 Fevral 2023 16:56

Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformasından istifadə qadağan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, qərar komissiyanın təhlükəsizlik narahatlıqları ilə əlaqədar qəbul edilib.

Qurumun rəhbər rəsmilərindən biri nəşrə açıqlamasında bildirib ki, bu gün səhər bütün əməkdaşlara "TikTok" platformasını rəsmi elektron avadanlıqlarından, eləcə də işlə bağlı mobil tətbiqlərin olduğu fərdi smartfonlardan silmək göstərişi verilib.

"TikTok"u saxlamaq istəyənlərdən isə işlə əlaqəli tətbiqləri telefonlarından silmələri istənilib.

"Komissiyanın məlumatlarını qorumaq və kibertəhlükəsizliyini artırmaq məqsədilə Avropa Komissiyasının Korporativ İdarəetmə Heyəti Komissiyanın mobil avadanlıq xidmətində qeydiyyatda olan korporativ avadanlıqlarda və şəxsi avadanlıqlarda "Tik-Tok" tətbiqini dayandırmaq qərarı qəbul edib", - deyə bu gün səhər komissiyanın üzvlərinə göndərilən e-maildə bildirilib.

Komissiya üzvlərinə tətbiqi silmələri üçün martın 15-dək vaxt verilib.

Qeyd edək ki, "TikTok" Çinin "ByteDance" şirkətinin onlayn video paylaşma sosial şəbəkə xidmətidir.

Milli.Az


Etiketlər:  şəxslərə TikTokdan istifadə qadağan edildi


RƏYLƏR