Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 19:45
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova jurnalist Şəfəq Ağacanı onun evindən 1650 manat pulunu oğurlamaqda ittiham edib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı aktrisa ilə jurnalistin qonaq olduğu "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirinə adının açıqlanmasını istəməyən şəxs zəng edərək, sözügedən məbləği Nahidə xanıma ödəyəcəyini bildirib.
Həmin şəxs Ş.Ağacana onun N.Orucovanın evinə gətirdiyi icraçı direktorundan uzaqlaşmasını və oğlan övladına sahib çıxmasını məsləhət görüb:
"Jurnalist Anar Vəzioğlu ("Təsir dairəsi" verilişində ekspert -red.) sizi çox gözəl şəkildə müdafiə etməyə çalışdı. Amma sona kimi müdafiə edə bilmədi. Çünki buna gücü çatmadı. Siz çox yaxşı anasız. Gözəl qaynana ola bilərsiniz. Övladınıza yaxşı qulluq edə bilərsiniz.
Siz dediniz ki, çətinliyə düşmüş insansınız. Sizə açar verən xanıma (Nahidə Orucova - red.) icraçı direktorunuzun girməyə səlahiyyəti yoxdur. Siz yaxşı fikirləşin. Burada böyük vəsait yoxdur.
İndi Lalə xanımdan ("Təsir dairəsi" verilişinin aparıcısı Lalə Azərtaş -red.) xahiş edəcəyəm ki, Nahidə xanımın 1650 manatını ona öz adımdan vərəcəyəm. Utanıram! Nahidə xanım oğurlanan o pulunu pambıq tarlasından yığmayıb.
Hər dəfə 50 qəpikləri toplayaraq, yığıb o pulu. Mənə çox pis təsir etdi. Şəfəq xanım, sən o icraçı direktor dediyin oğlandan əl çək. Sən həbs olunmazdan əvvəl həmin şəxslə bir yerdə fəaliyyət göstərirdin. Sən get bir yaxşı yerdə işlə. Jurnalistlikadan isə uzaqlaş. Çünki sənə jurnalist demək olmaz, xətrinə dəyməsin.
Oğlunla məşğul ol. Sənin çox tərbiyəli oğlun var. Sən çətinliyə düşəndə də oğlun bütün əziyyətlərini çəkdi. Səni sual-cavab eləməkdənsə, sən hamını orada sual-cavab edirsən. Reket jurnalist deyilən məhfum var.
Bunlardan uzaqlaşın. Yaxşı jurnalistlərə də bu addımınla ləkə gətirmə. Sən get yaxşı ana ol. İstəmirəm ki, azərbaycan qadınları bizim ana-bacılarımızdır. İstəmirəm ki, onlar çıxıb övladlarımıza belə bir tərbiyə versinlər.
İcraçı direktor isə sənin oğlundan bir-iki yaş böyükdür. Ondan uzaqlaş, gözəl, tərbiyəli, oxumuş, savadlı oğlun var, get ona sahib çıx. Sənə görə Şəfəq bu borcu mən bağlayıram".