Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sobçakın anası Putinin təklifinə qarşı çıxdı

Sobçakın anası Putinin təklifinə qarşı çıxdı

Tarix: 23 Fevral 2023 21:32

Sobçakın anası Putinin təklifinə qarşı çıxıb.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Rambler-media" məlumat yayıb.

Lyudmila Narusovanın mövqeyi Parlamentin yuxarı palatasının saytında açıq səsvermənin nəticələri ilə bağlı cədvəlin açıqlanmasından sonra ortaya çıxıb. Səsvermənin nəticələrinə görə, 156 senator lehinə, biri əleyhinə səs verib, bitərəf qalan olmayıb. Bununla bərabər, 21 senator ümumiyyətlə səsvermədə iştirak etməyib.

Federasiya Şurası konvensiyanın Rusiya ərazisində ləğvini çərşənbə günü keçirilən plenar iclasda təsdiqləyib. Sənəd 1999-cu il yanvarın 27-də Strasburqda imzalanıb. Rusiya onu 2006-cı ilin iyulunda ratifikasiya edib. 2023-cü il yanvarın 9-da Rusiya prezidenti Vladimir Putin Konvensiyanın denonsasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Aşağı palatanın deputatları onu fevralın 15-də qəbul ediblər.

Xatırladaq ki, Tıva Respublikasının senatoru Lyudmila Narusova Sankt-Peterburq şəhərinin keçmiş meri Anatoli Sobçakın xanımı, məşhur teleaparıcı Kseniya Sobçakın anasıdır.

Rusiya müxalifəti ana və qızı saxtakarlıqda suçlayır. Məsələn Aleksey Navalnı tərəfdarlarının fikrincə, onlar özlərini Putinin bir çox fikrinə qarşı çıxmış kimi göstərirlər. Amma əslində hər iksinin Rusiya prezidenti ilə olduqca yaxın münasibəti var. Vladimir Putin Kseniya Sobçakın rəsmi xaç atası sayılır.

Milli.Az


Etiketlər:  Sobçakın anası Putinin təklifinə qarşı çıxdı


RƏYLƏR