Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın növbəti mərhələ üçün real şansı var” - FOTO

“Qarabağ”ın növbəti mərhələ üçün real şansı var” - FOTO

Tarix: 23 Fevral 2023 22:36

"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias Ağdam klubunun Konfrans Liqasının pley-offunda "Gent"lə cavab oyunu öncəsi komandanın növbəti mərhələ şanslarını dəyərləndirib.

Milli.Az xəbər verir ki, Oxu.Az saytına açıqlama verən Danilo Dias Azərbaycan təmsilçisinin 1/8 finala yüksəlmək üçün real şansının olduğunu söyləyib:

"Düşünürəm ki, "Qarabağ" ilk oyundakı kimi ağıllı oynamalıdır. Məncə, bizim komandamız "Gent"dən daha güclüdür. Əlbəttə, Belçika çempionatı rəqabət baxımından Azərbaycan Premyer Liqasını üstələyir. Ancaq "Qarabağ"ın daha keyfiyyətli oyun oynadığını da görürəm. Bizim yaxşı, sürətli futbolçularımız var. Qurban Qurbanov kimi baş məşqçi isə əlavə üstünlükdür. Məncə, o, Azərbaycan futbolu tarixinin ən yaxşı məşqçisidir. Ümumi olaraq, "Qarabağ"ın növbəti mərhələ üçün real şansı var. Komandaya uğurlar arzulayıram. Həmişə "Qarabağ"ı dəstəkləyirəm".

Danilo Dias 2014-2015-ci illərdə "atlılar"ın formasını geyinib.

"Qarabağ" Bakıdakı ilk oyunda "Gent"ə minimal hesabla qalib gəlib. Bu gün keçiriləcək cavab matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Qarabağın növbəti mərhələ üçün real şansı var FOTO


RƏYLƏR