Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ - FOTO

Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ - FOTO

Tarix: 23 Fevral 2023 23:50

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu həyat yoldaşı Suada Hacızadə ilə bağlı paylaşım edib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, o, xanımı ilə Kaliforniyada dəniz sahilində istirahətin dadını çıxararkən çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Kristofer paylaşımına ""Okean sahili!" qısa şərhini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü iki il əvvəl iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Onlar ailə qurduqdan sonra Avropanın bir sıra ölkələrində görüşüblər.

Bundan sonra ötən ilin sonunda Suada viza alaraq həyat yoldaşı Kristoferin yanına ABŞ-a gedib.

Milli.Az


Etiketlər:  Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ