Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İmkan verin, dərdimi çəkim!”

“İmkan verin, dərdimi çəkim!”

Tarix: 24 Fevral 2023 10:35

Aktyor Cavidan Novruz atası-Xalq artisti Ramiz Novruzun vəfatından sonra bildirdiyi "Çox güman ki, nə efirlərdə olacam, nə də səhnədə" fikirlərinin yanlış anlaşılmasına aydınlıq gətirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı sənətçi feysbukda yazı paylaşıb.

"Mən demişəm ki, "Atamın 40 mərasiminə qədər efirlərdir, səhnədir, musiqidir-bu işləri dayandırıram, səhnəyə çıxmayacam!". Bu formada demişəm! Başlıq yazırlar ki, Cavidan Novruz deyir ki, daha səhnəyə çıxmayacam! Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz? Ata nəvazişi görməyən, ata sevgisi olmayanlar da, həyatda travma ilə yaşayanlar da başlayır ünvanımıza nəsə deyir! Bunu bu günlərdə niyə edirsiz ki?

Çox xahiş edirəm, mənimlə işiniz olmasın! İmkan verin, çəkilim bir kənara dərdimi çəkim! Özümü toparlayım, çox xahiş edirəm! Utanın! Mən çəkdiyimin 1 faizin sadəcə çəkin! Sizə sözüm bitdi! Bu qədər!", - deyə, Cavidan qeyd edib.

Milli.Az


Etiketlər:  İmkan verin dərdimi çəkim


RƏYLƏR