Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salyanda 13 yaşlı qızın zorlanmasına görə 4 nəfər həbs edildi

Salyanda 13 yaşlı qızın zorlanmasına görə 4 nəfər həbs edildi

Tarix: 24 Fevral 2023 15:52

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Salyanda 13 yaşlı qızın zorlanmasına görə 4 nəfər həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ