Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 09:00
Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsini nəzərə almadan Quantanamoda hərbi baza inşa etməsini respublikanın "suverenliyinin oğurlanması" kimi dəyərləndirib və buna son qoyulmasını tələb edib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Kuba prezidenti özünün tviter hesabında paylaşıb. O bildirib ki, "120 il əvvəl Kubanın sinəsinə sancılan xəncər digər xalqlara da acı yaşadır, çünki bu bazadan qanunsuz həbsxana kimi istifadə olunur".
Kuba 1898-ci ildə İspaniya ilə müharibədən sonra ABŞ-nin nəzarətinə keçib. Birləşmiş Ştatlar 1899-cu ildə adanı işğal edib. Quantanamo rayonunda hərbi-dəniz bazasının tikintisi üçün ABŞ-yə qeyri-müəyyən müddətə ərazi icarəyə verilib.