Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 14:35
Müğənni Xatirə İslam toyunda geyindiyi gəlinlik libasını nümayiş etdirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi sözügedən paltarı illər əvvəl satışa çıxarsa da, sata bilməyib.
Xatirə bildirib ki, evi təmizləyərkən gəlinliyi tapıb.
Qeyd edək ki, ifaçı 2014-cü ildə gəlinliyini satışa çıxartmışdı. O, ağ libası tikdirdiyini və 15 min manat xərc çəkdiyini qeyd edib.
Xatırladaq ki, Xatirə 2012-ci ildə Fəxrəddin adlı şəxslə ailə qurub. Cütlüyün Emil adlı oğul övladı var.