Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma” - Aşıq Zülfiyyədən xanım aşığa təklif

“Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma” - Aşıq Zülfiyyədən xanım aşığa təklif

Tarix: 25 Fevral 2023 16:55

Bir gün əvvəl Baku tv-nin qarajda, zibil içində yaşayan aşıq Məhbubə Musayevanın yaşayışını işıqlandırmağı mətbuatda böyük səs-küy doğurub. Aşıq bildirib ki, maşın vurduqdan sonra iş qabiliyyətini itirib, çarəsizlikdən sazını da satıb. O həmçinin tanınmış aşıq Zülfiyyə İbadovanın adını çəkərək, kömək üçün ona müraciət etmək istədiyini bildirsə də, utandığından etmədiyini deyib.

Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən aşıq Zülfiyyə İbadova bildirib ki, o xanımın qızına restoranında iş vermək istəyir.

"Sözün düzü, mən bu xanımı tanımadım. Məhbubə adında aşıq tanımıram. Amma onun qızını öz restoranımda, yanıma işə götürmək istəyirəm. Ailəvi məkandır, yeri gəlmişkən o da restoranda işlədiyini bildirib. Qoy elə öz yanımda olsun.  Hər cür şərait yaradaram onun üçün. 450 azn maaş verərəm. Yaxın dostlarımız da ona hörmət edər. Ən azından gündə 30-40 manat evinə pul apara bilər. İstəsə aylıq 1000 azn-ə qədər pul qazana bilər. Çünki bizdə ofisiantlar pis qazanmır. İşimiz axşamdan-axşama olur. Çətin işimiz də yoxdur ki, deyim ki, onun üçün ağır olar. Qızı sabah gəlib mənimlə görüşsün. İnanın ki, o qədər kömək edəcəyimiz yerlər var ki. İnsan etdiyini deməz. Qazandığımızın yarısı elə yardımlara gedir. Amma əlimdən gəldiyi qədər köməklik, himayədarlıq etməyə hazıram. Onların ev əşyaları da yoxdur. Mən restoranımdan da bəzi əşyaları onlar üçün göndərə bilərəm" deyə aşıq Zülfiyyə bildirib.

Xanım aşıq bildirib ki, toylar azalıb. Bu da onların maddiyatına mənfi təsir göstərir.

"Toylar ümumiyyətlə azalıb, deyərdim ki, yox dərəcəsindədir. Kiminlə danışıramsa, hamıda vəziyyət belədir. Bir ayda iki toy olur, ya olmur. İmkan vermirlər ki, restoranı işlədəsən. Günü-gündən ərzaqın qiymətini qaldırırlar. Bu gün restoran üçün quzu ətini 16 manata alırsan, sabah 18 manat olur. Bunu bu qiymətə alıb, kimə nə yedirdəsən?! AQTA-da icazə vermir ki, bazar turşusundan, pendirindən alıb, istifadə edəsən. Gərək ağzı bağlı turşular, ərzaqlar olsun. Bu dəqiqə vəziyyət çətindir. Ümumilikdə hamıda vəziyyət çətindir. Adamın əli hər şeydən soyuyub. Türkiyədəki zəlzələ də bizə çox pis təsir etdi. Xalqın vəziyyəti yaxşı olanda sənətkar da yaşayır. Sənətkarı yaşadan da xalqdır" deyə aşıq bildirib.

Milli.Az


Etiketlər:  Qızını restoranda işə götürəcəm sabah gəlsin yanıma Aşıq Zülfiyyədən xanım aşığa təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ