Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi, sonra...

Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi, sonra...

Tarix: 25 Fevral 2023 22:14

Videobloger Aleksey Stolyarov məşhur yutuber Yuri Dudun İnstaqramda Putinin "qanlı müharibəsi" ilə bağlı paylaşımını bəyənib.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, istifadəçilərdən biri Alekseyi ağır ifadələrlə satqın adlandırıb. Stolyarov həmin bəyənməni silib və onu təhqir edənləri "Z-Zibil" adlandırıb. Daha sonra Aleksey ümumiyyətlə heç nəyi bəyənmədiyini və heç kimə heç nə yazmadığını bildirib.

"Özünüzü fotoşop ilə manipulyasiya etməyə imkan verməyin. Hamını qucaqladım!", - Stolyarov yazıb.

Kürəkənin bu səhvi təbii ki, qayınata Sergey Şoyqunun düşməni, "Vaqner" ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin diqqətindən yayınmayıb. Priqojinin sözlərinə görə, artıq Stolyarovu Ukraynaya müharibəyə göndərməyin vaxtı gəlib çatıb.

"Stolyarovu tutub mənim yanıma gətirin. Mən ona 6 həftə təlim keçəcəm və özüm də "Z-Zibil" olduğum üçün onu döyüş əməliyyatlarına göndərərək təkmilləşməsinə kömək edəcəm", - deyə Priqojin yazıb.

Yevgeni Priqojinə yaxın media kürəkənin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qarşı çıxan rejissor Aleksandr Moloçnikov və "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratovun müsahibəsini bəyəndiyini ortaya çıxarıb.

Qeyd edək ki, bu ilin yanvar ayında "The Insider" saytı Kseniya Şoyqu (müdafiə nazirinin qızı) və Aleksey Stolyarovun Yeni il tətilini Dubayda keçirdikləri barədə məlumat yayıb. Gənc cütlüyün Dubaydakı hoteldə ən azı yarım milyon rubla otaq icarəyə götürdükləri məlum olub.

Milli.Az


Etiketlər:  Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi sonra


RƏYLƏR