Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 23:18
Türkiyə Kahramanmaraş mərkəzli zəlzələ fəlakətinin şokundan hələ də çıxa bilmir.
Sonxeber.net Musavat.com-a istinadən xəbər verir ki, belə bir vaxtda mütəxəssislərdən xəbərdarlıqlar bir-birinin ardınca gəlməyə davam edir.
Adana və İstanbul zəlzələ riski yüksək olan şəhərlər olaraq göstərilərkən, Hakkari üçün də xəbərdarlıq gəlib. Hakkarinin riskli bölgə olduğunu bildirən türkiyəli mütəxəssis Azad Sağlam Selçuk "Yüksekova-Şemdinli fay zonasının 7 və daha yuxarı zəlzələ meydana gətirmə potensialı var. Yüksekova və Şemdinlidə böyük bir zəlzələnin gözlənildiyi bir həqiqətdir", -deyə bildirib.