Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazarov qol vurdu, komandası qalib gəldi

Nazarov qol vurdu, komandası qalib gəldi

Tarix: 26 Fevral 2023 21:46

Almaniya 3-cü Bundesliqasında 24-cü turun görüşləri davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dmitri Nazarov oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. O, 43-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, xallarını 30-a yüksəldən "Erzgebirge" turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nazarov qol vurdu komandası qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ