Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin legioner həyatını yaşayan qapıçısı dubl etdi - VİDEO

Millimizin legioner həyatını yaşayan qapıçısı dubl etdi - VİDEO

Tarix: 27 Fevral 2023 18:30

Futzal üzrə Qazaxıstan çempionatının 32-ci turu Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli üçün əlamətdar olub.

Milli.Az xəbər verir ki, "Atırau"nun qolkiperi mövsümdə növbəti qollarını vurub. Nə qədər qəribə görünsə də, o, komandasının "Astana" ilə ev oyununda dubl edib. Millimizin üzvü 27 və 30-cu dəqiqələrdə fərqlənib. Bununla da Hüseynli "Atırau"nun 4:1 hesablı qələbəsində əsas pay sahibi olub.

Rövşən mövsümdə ilk qolunu dekabrın 18-də "Ordabası"nın qapısından keçirib.

Qeyd edək ki, Rövşən Hüseynli oktyabrdan etibarən "Atırau"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Araz-Naxçıvan"a məxsusdur. (publika)

Milli.Az


Etiketlər:  Millimizin legioner həyatını yaşayan qapıçısı dubl etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ