Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 07:44
ABŞ və Rusiya Moskvanın Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsində (START) iştirakını dayandırmaq qərarı ilə bağlı müzakirələr aparmayıb.
Sonxeber.net APA-ya istinasdən xəbər verir ki, bunu bazar ertəsi keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Keçən həftə biz Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırmaq niyyəti barədə prezident Putinin müraciətindən öyrəndik. Bunun ardınca Xarici İşlər Nazirliyi və Rusiya hakimiyyətinin digər nümayəndələrinin açıqlamaları gəldi. Amma bu, müzakirə mövzusu deyildi, Rusiya bu barədə bizə məlumat vermədi" - Prays bildirib.