Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkiliş zamanı vəfat edən aktyorlar - Ölümcül şöhrət - FOTO

Çəkiliş zamanı vəfat edən aktyorlar - Ölümcül şöhrət - FOTO

Tarix: 28 Fevral 2023 23:04

İncəsənət qurban tələb edir deyərkən film çəkilişi zamanı məşhur aktyorların ölməli olduğu nəzərdə tutulurdu? Əlbəttə, yox. Amma belə də olub.

Milli.Az Lent.az ölümüylə şöhrət tapmış aktyorlar barədə məlumatı təqdim edir.

Bryus Li - "Ölüm oyunu"

Aktyor və döyüş ustası Bryus Li 70-ci illərdə Hollivuda şərq döyüş üslubunda çəkilmiş filmləri gətirməklə şöhrətləndi. O dublyorsuz, kaskadyorsuz çəkilir, ən qorxulu tryukları özü həyata keçirirdi. 1973-cü ildə Honkonqda çəkilən "Ölüm oyunu" filmi ona ölüm gətirdi. Damdan tullanarkən yıxılan aktyorun beyninə qan sızdı. Çəkiliş zamanı hissiz yerdə yatan aktyoru təcili həkimə çatdırsalar da, gec idi. Bir çoxları Linin ölümünün sui-qəsd olduğunu desələr də, buna sübut yoxdur.

Brendon Li - "Qarğa"

Li nəslindən olan aktyorların çəkiliş meydanında ölmək qismətinə yazılıb. Bendon Li də atası Bryus kimi çəkiliş zamanı həyatı itirdi. O zaman 28 yaşında olan aktyor açılan atəş nəticəsində həlak oldu. Həmişə zirehli jiletdən istifadə edən Brendon həmin gün nədənsə o geyimdən istifadə etməmişdi və nədənsə boş güllələr əvəzinə tapançaya həqiqi güllələr yerləşdirilmişdi. Aktyor yerə yıxılarkən hər kəs bunun oyun olduğunu düşünmüşdü. O isə artıq ölmüşdü. Film dublyorun iştirakı ilə başa çatdırıldı və prokata buraxıldı.

Hit Lecer - "Doktor Parnasın xəyal dünyası"

Bu aktyor çəkiliş meydançasında ölməsə də film çəkilişləri gedərkən ölmüşdü. Həmin zaman Hit "Doktor Parnasın xəyal dünyası" adlı filmə çəkilirdi. Çəkilişə gecikən aktyoru evində ölü vəziyyətdə tapdılar. O dərman zəhərlənməsindən ölmüşdü.

Milli.Az


Etiketlər:  Çəkiliş zamanı vəfat edən aktyorlar Ölümcül şöhrət FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ