Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 23:24
Mobil cihazın yavaş işləməsinin ən əsas səbəblərindən biri yaddaşdır.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, tez-tez telefonlarda təmizləmə prosesi aparılmalıdır.
Burada söhbət mesaj tarixçələrinin, lazımsız faylların, proqramların, şəkil və videoların silinməsindən gedir.
Hər şey düzgün aparılarsa, smartfon "yavaşlamağı" qismən dayandıracaq.
Cihazın yaddaşında kifayət qədər yer olmadığı barədə bildirişlər görünməyə başlayırsa, deməli, telefonun sürəti azala və batareyası qızmağa başlaya bilər.
Bu zaman istifadə etmədiyiniz proqramları təcili olaraq silin. Məsələn, telefon sahibinin uzun müddət oynamadığı oyunlar və s.
"Ağır" fayllardan xilas olun. Lazımsız və yüksək keyfiyyətli videolar varsa, onları da silmək məsləhətdir.
Qeyd edək ki, silinən fayları "zibil qutusu"ndan da təmizləməyi yaddan çıxarmayın.
Ən əsası daimi olaraq parametrlərin "Yaddaş" hissəsindən "Keşi sil" bölməsini seçin.