Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni ekspertdən Ruben Vardanyanla bağlı ŞOK AÇIQLAMA: Paşinyanın...

Erməni ekspertdən Ruben Vardanyanla bağlı ŞOK AÇIQLAMA: Paşinyanın...

Tarix: 1 Mart 2023 07:48

"Samvel Babayan müstəqil oyunçudur, onu hakimiyyət maraqlandırır. Bunun üçün o, Paşinyandan istifadə etməyə çalışır".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu politoloq Argişti Kiviryan deyib.

Onun fikrincə, Babayan Ermənistanın baş naziri ilə tam yaxınlaşmağı bacarmır. Çünki Paşinyan təhlükənin fərqindədir və Babayan bundan sonra idarəolunmaz baş ağrısına çevrilə bilər.

"Ancaq Babayan ümidini itirmir. Maraqlıdır ki, o, Qarabağda (rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə qurulan qondarma oyuncaq rejim - red.) layihələr həyata keçirən və getməyə (saxta "dövlət naziri" postundan - red.) məcbur buraxılan Ruben Vardanyanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu vəziyyət uzun sürə bilməz, çünki ona hər cür müdaxilə olunacaq. Lakin belə bir ittifaqdan hər ikisi faydalanacaq", - deyə Kiviryan söyləyib.

Arutyunyana gəlincə, Kiviryanın qənaətinə görə, onu yalnız öz kreslosu maraqlandırır:

"Ruben Vardanyanın işində Bakının, İrəvanın və Qarabağ ermənilərinin maraqları üst-üstə düşürdü. Qarabağda (qondarma "dqr" deyilən oyuncaq qurumda - red.) o, müstəqil siyasət yeritməyə və maliyyə axınlarına nəzarət etməyə çalışdığı üçün müəyyən qruplara müdaxilə etməyə başlamışdı".

Argişti Kiviryanın fikrincə, Moskva bu vəziyyətdə hamını Ukrayna məsələsi bitənə qədər vaxt keçirməyə çağırıb. "Rusiyanın resursları məhduddur və ABŞ-dan fərqli olaraq o, eyni anda bir neçə istiqamətdə hərəkət edə bilməz", - deyə erməni analitik vurğulayıb.


Etiketlər:  Erməni ekspertdən Ruben Vardanyanla bağlı ŞOK AÇIQLAMA Paşinyanın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ