Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüksək vəzifəyə təyin olunan Lətif Zeyniyev kimdir - DOSYE

Yüksək vəzifəyə təyin olunan Lətif Zeyniyev kimdir - DOSYE

Tarix: 1 Mart 2023 22:20

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında "Uşaq cərrahiyyəsi" ixtisası üzrə internatura keçib. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında əyani aspirantura təhsili alıb.

2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında assistent kimi çalışıb. 2010-cu ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Tibb üzrə fəlsəfə doktoru" alimlik dərəcəsini alıb.

2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.

Milli.Az


Etiketlər:  Yüksək vəzifəyə təyin olunan Lətif Zeyniyev kimdir DOSYE


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ