Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi komanda yoldaşlarına qızıl telefon hədiyyə etdi - FOTO

Messi komanda yoldaşlarına qızıl telefon hədiyyə etdi - FOTO

Tarix: 2 Mart 2023 21:28

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi yığmanın heyətində DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarını bahalı hədiyyələrlə mükafatlandırıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb. 35 yaşlı forvard komanda yoldaşlarının hər birinə qızıl təbəqəsi ilə örtülmüş "İphone 14 Pro" markalı mobil telefon hədiyyə edib. Messi 35 telefona ümumilikdə 175 min sterlinq xərcləyib. 

O, həmçinin bu hədiyyədən milli komandanın işçilərinə də paylayıb.

Qeyd edək ki, Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, həmçinin mundialın ən yaxşı futbolçusu seçilib.

Milli.Az


Etiketlər:  Messi komanda yoldaşlarına qızıl telefon hədiyyə etdi FOTO


RƏYLƏR