Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 10:09
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsini həyata keçirəcək.
Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, layihənin dəyəri 1 milyon avrodur.
"İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov bildirib.