Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı açıqlama - FOTO

Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı açıqlama - FOTO

Tarix: 4 Mart 2023 11:30

Müsavat başqanı Arif bəyin qızı Natavan Bəxtiyar Hacıyevlə aralarında olan əlaqəyə münasibət bildirib.

Milli.Az manset.az-a istinadla xəbər verir ki, 25 yaşlı xanım Bəxtiyar Hacıyevin əsl niyyətindən xəbərdar olmadığını qeyd edib: 

"Bəxtiyar Hacıyevlə yazışmalarımız 2010-cu ildə başlayıb. Onun ən hörmətli vaxtları idi, Harvardı yeni bitirib Azərbaycana getmişdi, deputatlığa namizəd olmuşdu. O vaxtı yaşımın azlığı, uşaqlığımın vermiş olduğu təcrübəsizliklə onun mənə qarşı əsl niyyətini anlamamışdım. Get-gedə mən onun niyyətini başa düşdüm və münasibətlərimizi dayandırdım. Buna görə hətta aramız da dəydi. Sonralar həmişə soyuq münasibətimiz olub. Qaldı Bəxtiyarın pedofil olmasına, 2012-ci ildə Ramin Hacılı onu ifşa etmişdi, mən haqlı olaraq Raminin tərəfində durmuşdum, buna görə Bəxtiyar mənə əsəbləşmişdi də. Ondan sonra əlaqəni tam kəsdim".

Xatırladaq ki, bir neçə gündür ki, teleqram sosial şəbəkəsində Bəxtiyar Hacıyevlə bağlı hesab yaradılıb. Orada B. Hacıyevin müxtəlif qadınlarla olduğu iddia edilən yazışma və görüntülər yerləşdirilib.

Milli.Az


Etiketlər:  Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı açıqlama FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ