Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda ağır yol qəzası: yeddi nəfər xəsarət alıb

Ucarda ağır yol qəzası: yeddi nəfər xəsarət alıb

Tarix: 4 Mart 2023 19:18

Ucarda ağır yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. "Hyundai" markalı avtomobil yoldan çıxaraq su arxına aşıb.

"Mercedes"də olan 4 nəfər, Kəlbəcər rayon sakinləri - 1964-ci il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cı il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarova, "Hyundal"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 qadın isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ucarda ağır yol qəzası yeddi nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ