Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müəllim depressiyaya düşən şagirdinə pornoya baxmağı tövsiyyə etdi

Müəllim depressiyaya düşən şagirdinə pornoya baxmağı tövsiyyə etdi

Tarix: 5 Mart 2023 03:22

Sinqapurun nüfuzlu məktəblərindən birinin 49 yaşlı müəllimi 17 yaşlı şagirdə pornoqrafik videolar göstərdiyinə və ona masturbasiya etməyi tövsiyə etdiyinə görə məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2021-ci ilin yanvar ayının sonunda yeniyetmənin anası müəllimdən kömək istəyib. O, deyib ki, oğlu məktəbə getmək istəmir, özünü kənar adam kimi hiss edir və həyatın mənasını görmür. Müəllim şagirdlə danışıb və onun depressiyaya düşdüyünü öyrənib. Müəllim yeniyetməni dinləyərək ona şəxsi telefon nömrəsini versə də, onu başqa adla saxlamasını istəyib.

Daha sonra kişi uşağa tövsiyələrlə dolu kitab verib və ondan niyə özünə zərər verməyə çalışdığını soruşub. Yeniyetmə emosiyaları ilə öhdəsindən gəlmək üçün bir yola ehtiyacı olduğunu cavablandırdıqda, müəllim deyib ki, sizin yaşındakı oğlanların stressdən azad olmaq üçün yalnız iki yolu var: dərman və masturbasiya. 

Daha sonra kişi tələbəni pornoya baxmağa təşviq edib.

Bir neçə gündən sonra müəllim uşağı evinə dəvət edib. Birlikdə şam yeməyindən əvvəl o, otaqda havanın çox isti olduğunu deyərək yeniyetməyə maykasını çıxarıb köynək geyinməyi təklif edib. Nahar zamanı müəllim oğlana cinsi təcrübəsindən danışıb və onun spirtli içki qəbul etməsini təkid edib. Bir müddət sonra sərxoş vəziyyətdə olan kişi ağlamağa başlayıb. O, əllərini yeniyetmənin qoluna və sinəsinə qoyub və ona 10 dəqiqə toxunub. Sonra müəllim oğlana telefonunda üç pornoqrafik video göstərib.

Səhəri gün yeniyetmə müəlliminin hərəkətlərini anasına danışıb və ana polisə şikayət edib. Məktəb rəhbərliyinə də məlumat verilib və kişi 2021-ci ilin fevralında işdən kənarlaşdırılıb. Müəllim yeniyetməni açıq-saçıq seksual xarakterli videolara məruz qoymaqda ittiham olunduğunu etiraf edib. O, martın 28-də məhkəmə qarşısına çıxacaq. Adamı 1 ilə qədər həbs və cərimə gözləyir.

Milli.Az


Etiketlər:  Müəllim depressiyaya düşən şagirdinə pornoya baxmağı tövsiyyə etdi


RƏYLƏR