Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul" "Mançester Yunayted"ə 7 cavabsız qolla qalib gəlib - VİDEO

Tarix: 5 Mart 2023 22:30

İngiltərə Premyer Liqasında XXVI tura yekun vurulub.

Milli.Az "report"a istinadən bildirir ki, turun son oyununda "Liverpul" "Mançester Yunayted"i qəbul edib. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.

Hesabı 43-cü dəqiqədə Kodi Qakpo açıb. 4 dəqiqə sonra Darvin Nunyes qonaqları yenidən meydanın mərkəzinə dəvət edib. 50-ci dəqiqədə Qakpo dubl müəllifi olub. 66-cı dəqiqədə Məhəmməd Salah 4-cü topu "qırmızı şeytanlar"ın qapısından keçirib. 75-ci dəqiqədə Nunyes özünün 2-ci, komandasının 5-ci qolunu vurub. 83-cü dəqiqədə Salah dubl edib. Son nöqtəni isə 88-ci dəqiqədə Roberto Firmino qoyub - 7:0.

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.

Milli.Az


Etiketlər:  Liverpul Mançester Yunaytedə 7 cavabsız qolla qalib gəlib VİDEO


RƏYLƏR