Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zeynəb Vəfanı "yerdən yerə vurdu": "Aciz insandır" - VİDEO

Zeynəb Vəfanı

Tarix: 6 Mart 2023 02:40

"Hər danışılan söz efirdə deyilirsə, onda mən də sənin haqqında çox söz deyə bilərəm. Aciz insandır. Öz işinlə, sənətinlə məşğul ol".

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Sənətçi həmkarı Vəfa Şərifovanın keçmiş duet ortağı Nəfəsə söylədiyi "Zeynəblə duet oxuyacaqsansa, mənimlə oxuma" deməsindən sonra tərəflər "qanlı bıçaq" olub.

Vəfanın bu sözlərini həzm edə bilməyən Zeynəb "yumub gözünü, açıb ağzını".

"Sənin və sənin kimilərin sözü ilə heç zaman mən pis olmaram. Çünki, səni o qədər önəmsəmirəm. Sənət haqda sən mənə heç nə deyə bilmərsən. Həyatda heç kimdən qorxmuram, çünki qorxacaq hərəkət etməmişəm. Adını müğənni qoymusansa, mahnılarını oxu, gündəmə gəl", - deyə Z.Həsəni vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Nəfəs qonaq olduğu "Həmin Zaur" verilişində Zeynəb Həsənidən dostluqlarının bitdiyini və küsdüyünü açıqlayıb.

Milli.Az


Etiketlər:  Zeynəb Vəfanı yerdən yerə vurdu Aciz insandır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ