Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutdular

İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutdular

Tarix: 6 Mart 2023 08:16

Bazar günü İran sərhədçiləri Əfqanıstanın Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhərinə artilleriya hücumu edib, nəticədə bir taliban yaraqlısı ağır yaralanıb, yaşayış binası dağıdılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Haşt-e Subh" qəzeti Zarancdakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İranla həmsərhəd olan bu əyalətdə Taliban təhlükəsizlik qüvvələrinin qərargahı da atəşə tutulub.

Qəzet qeyd edir ki, münaqişə artıq başa çatıb. Onun səbəbi məlum deyil.

Milli.Az


Etiketlər:  İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ