Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Azərbaycan xanımları cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar

İlham Əliyev: Azərbaycan xanımları cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar

Tarix: 6 Mart 2023 17:12

Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikdə deyilir.

Dövlətimizin başçısı qadınların ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışdıqlarını, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etdiklərini diqqətə çatdırıb.

"Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar" , - deyə təbrikdə vurğulanıb.

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycan xanımları cəmiyyətimizin inkişafına xüsusi dinamizm ahəngdarlıq qatırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ