Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan beyninə yaxın materiallardan yeni kompüter hazırlanır - FOTO

İnsan beyninə yaxın materiallardan yeni kompüter hazırlanır - FOTO

Tarix: 6 Mart 2023 21:40

Alimlər insan beynini gücləndirən materiallardan kompüterlər istehsal etmək üçün hərəkətə keçib.

Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, bu komputerlərin bioloji aparat kimi istifadə olunacağı gözlənilir.

İndiyə qədər icad eidlən heç bir texnika insanların öz beyinlərindən istifadə edərkən əldə etdiyi uğurlara yaxınlaşa bilməyib.

Alimlər üç ölçülü beyin hüceyrələrindən hazırlanmış biokompüterlərlə bu arzuya yaxınlaşmağı ümid edirlər.

Tədqiqatçılar kompüterləri gücləndirmək üçün beyin orqanoidlərinə diqqət yetirəcək yeni tədqiqatlar təklif edib.

Orqanoidlər laboratoriyada istehsal olunur, lakin onlar beynin funksiyası və nümunələri ilə bağlı mühüm aspektlərə malikdir.

Tədqiqatçılar belə biokompüterlərin silikon əsaslı kompüterlərdən daha sürətli öyrənməsini gözləyir.


Etiketlər:  İnsan beyninə yaxın materiallardan yeni kompüter hazırlanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ