Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 08:26
"Altılı masa" Akşənərin dönüşündən sonra Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi: bu seçimin nə qədər uğurlu olması mübahisəlidir, çünki CHP-lilər arasında belə onun qalib gələcəyinə şübhə ilə yanaşanlar, Mansur Yavaş və ya Əkrəm İmamoğlunu gələcək lider olaraq görənlər var. Akşənərin Yavaş və İmamoğlu şərti ilə masaya qayıtması da əslində Kamalın bir lider kimi nüfuzuna zərər vuran amildir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.
"Ərdoğan iqtisadi problemlər, zəlzələ və uzun müddət hakimiyyətdə olma ilə nə qədər "qan itirsə" də Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəif görünür, daha doğrusu, mövcud şəraitin hakimiyyətə gəlmək imkanı yaratmasına baxmayaraq, Kılıçdaroğlunun namizədliyi müxalifətin şansını azaldır".
Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər İstanbul və Aknaranın bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşın vitse-prezident vəzifəsinə namizədliyinin qəbul edilməsi şərtilə "Altılı masa"ya qayıdıb. Bunun ardınca isə CHP lideri Kamal Kılıcdaroğlu "Altılı masa"nın prezidentliyə vahid namizədi olduğu elan edilib.