Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu - YARALILAR VAR - FOTO

Azərbaycanda idmançıları daşıyan avtobus

Tarix: 7 Mart 2023 14:44

"Mingəçevir" futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

Sərnişin avtobusu ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.

Xəsarət alanlar avtobusun və yük maşınının sürücülərdir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.

***

Bu gün "Mingəçevir" futbol komandası I Divizionun 20-ci turu çərçivəsində "Şamaxı" ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan "Şamaxı-2" - "Mingəçevir" görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycanda idmançıları daşıyan avtobus Kamazla toqquşdu YARALILAR VAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ