Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masallıda 22 il bağlı qalan cinayət açıldı

Masallıda 22 il bağlı qalan cinayət açıldı

Tarix: 8 Mart 2023 12:18

Masallıda 22 il əvvəl törədilmiş quldurluq cinayəti açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.

Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanmışdır.

Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulub, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.

Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.

Milli.Az


Etiketlər:  Masallıda 22 il bağlı qalan cinayət açıldı


RƏYLƏR