Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Latviya Prezidentinin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür

İlham Əliyev: Latviya Prezidentinin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür

Tarix: 8 Mart 2023 15:18

Bizim çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Latviya Prezidentinin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür


RƏYLƏR