Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq

İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq

Tarix: 8 Mart 2023 15:51

Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Etiketlər:  İlham Əliyev ilə Sazişin əksər hissəsi razılaşdırılıb addımı atmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ