Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 16:22
Ukraynanın şərqində Rusiya qüvvələri Luqansk vilayətindən Donetsk vilayətinin Uqledar bölgəsinə doğru irəliləməyə çalışacaqlar. Bunun üçün düşmənin üç dəstəsi var.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksey Getman bildirib.
"Dəstələrdən biri Kupyanski və Liman istiqamətindədir, təxminən 120 min hərbçi var. Baxmut ətrafında 30-50 min, cənubda Uqledar yaxınlığında, təxminən 150 min əsgər cəmləşib. Bu, onların irəliləməyə çalışacağı üç yerdir", - ekspert vurğulayıb.
Getman qeyd edib ki, hava şəraiti ukraynalı müdafiəçilərin xeyrinədir, çünki indiki şəraitdə ağır texnika ilə hərəkət etmək mümkün deyil.