Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktrisa əməliyyat olundu - FOTO

Tanınmış aktrisa əməliyyat olundu - FOTO

Tarix: 8 Mart 2023 16:35

Məşhur türkiyəli aktrisa, "Üç kız kardeş" serialının baş rol ifaçısı İclal Aydın əməliyyat olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "İnstagram" hesabında paylaşım edib.

Mikrodiskektomiya əməliyyatı olunduğunu açıqlayan İclal Aydın səhhəti ilə bağlı məlumat verib.

Aktrisa əməliyyatdan bir neçə saat sonra ayağa qalxıb və həkimi ilə çəkdirdiyi şəkli "İnstagram"da paylaşıb.

"Bu şəkil dünən səhər saat 07.30-da əziz doktor Bülent Önalın etdiyi servikal mikrodiskektomiya əməliyyatımdan 7 saat sonra çəkilib. Ayaqüstdəyəm, yeriyirəm və gülürəm, çox şükür. Ümid edirəm ki, aylardır davam edən ağrılarım, yuxusuzluğum, hərəkət qabiliyyətimdəki ləngimə aradan qalxacaq. Məni eyni gündə ayağa qaldırdıqları üçün həkimimə və komandasına təşəkkür edirəm. Hazırda keçici ağrılarım olsa da, dünənki bu təbəssümüm xatirə kimi qalsın istədim. Var olun, təşəkkür edirəm", - deyə o qeyd edib.


Etiketlər:  Tanınmış aktrisa əməliyyat olundu FOTO


RƏYLƏR