Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

Tarix: 8 Mart 2023 16:46

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik "MArG" (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın "Idrw" portalı məlumat yayıb.

Qeyd edilib ki, keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti "Kalyani Strategic Systems Limited" şirkətinin 155 mm-lik "MArG" haubitsalarının sınağını keçirib.

Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib.

Qeyd edək ki, keçən ilin noyabrında Hindistan mətbuatı Dehlinin Ermənistana 155 mm-lik ATAGS daşınan haubitsaları təklif etdiyini yazmışdı.


Etiketlər:  Ermənistan Hindistandan özüyeriyən MArG haubitsaları sifariş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ