Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində göydən qurdlar yağıb - VİDEO - FOTO

Çində göydən qurdlar yağıb - VİDEO - FOTO

Tarix: 9 Mart 2023 19:58

Çində göydən qurdlar yağıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Çinin paytaxtı Pekində insanların və avtomobillərin üzərinə qurdlar yağıb. 

Dəhşətli hadisədən sonra səlahiyyətlilər vətəndaşlara evdən çıxarkən çətirdən istifadə etmələri barədə xəbərdarlıq edib. 

Görüntüyə baxan bəzi sosial şəbəkə istifadəçiləri də "qiyamət gəldi", - deyə reaksiya veriblər.

Sosial mediada paylaşılan videoda qurdların yağış kimi bütün avtomobilləri və küçələri bürüdüyü görünür. Eyni görüntülərin davamında işə gedən və gündəlik işlərini görən vətəndaşların qurdlardan qorunmaq üçün çətirdən istifadə etdiyi görünür.

Ölkədən çəkilmiş fotoları təqdim edirik:

Milli.Az


Etiketlər:  Çində göydən qurdlar yağıb VİDEO FOTO


RƏYLƏR