Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər

Tarix: 9 Mart 2023 23:40

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, onlar hökumətin istefa verməsini tələb ediblər.

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu birinci oxunuşda qəbul edib. Təşəbbüs gəlirlərinin 20 faizindən çoxunun xaricdən gəldiyi təqdirdə qeyri-kommersiya hüquqi şəxslərin və medianın xarici agent statusunu almasını nəzərdə tutur.

Bundan sonra parlamentin qərarı ilə razılaşmayan yüzlərlə insan Tiflis küçələrinə axışıb - onlar başqa şeylərlə yanaşı, "Rusiya qanunlarına yox" şüarları səsləndiriblər. Sakinlər qanun layihəsinin qəbulunu ölkənin qərbyönümlü kursundan yayınma kimi qiymətləndiriblər. Hakimiyyət sonradan qanunu ləğv edib.


Etiketlər:  Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ